“QIZIL BUTA” və “QIZIL KÜRƏ” MÜKAFATLARI QALİBLƏRƏ TƏQDİM OLUNDU-FOTOLAR-VİDEO

 

BMM-də Dünya Azərbaycanlıları İctimai Mərkəzi və  “Avrasiya” İR Mərkəzi  “QIZIL BUTA” və “QIZIL KÜRƏ” mükafatlarının qaliblərin təqdimatına həsr olunmuş tədbir keçirildi.

Mərkəzdən XALQ.AZ-a verilən məlumata görə, “DAİM”-in  sədri Zaur Mirzə-zadə əvvəlcə qurumun yaranma tarixi və məqsədləri barədə danışdı. Qeyd etdi ki, “DAİM” 2005-ci ildə yaradılıb. Təşkilatın yaradılmasında məqsəd Azərbaycanı dünya standartlarına uyğunlaşdırmaq istiqamətində layihələr, proqramlar hazırlamaq, araşdırmalar aparmaqdır: «Məqsədimiz xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərə Ümummilli Liderimiz Heydər Əliyevin zəngin irsinin təbliği və öyrənilməsini təmin etmək, Ulu öndərimizin siyasi kursunun davamçısı hörmətli prezidentimiz İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyərək Vətənimiz Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə yardımçı olmaqdır.

Zaur Mirzə-zadə daha sonra təsis etdiyi mükafat barədə danışdı. Qeyd etdi ki, mərkəzin koordinatorları 2017-cı ilin yekunlarına dair respublika üzrə respondentlər arasında sorğular keçirib «Sorğunun birinci mərhələsində ölkə üzrə 14 700 vətəndaş, ikinci mərhələdə isə xaricdə təhsil alan gənclərimizdən 760 nəfər iştirak edib. Beləliklə də, laureatlar müəyyənləşdirilib. Mərkəz rəhbəri qeyd etdi ki, sorğuların keçirilməsində məqsəd Azərbaycan cəmiyyətində xalqımız və Vətənimiz üçün çalışan insanları dəyərləndirmək və dünya ictimaiyyəti qarşısında onların gördüyü işlər barədə məlumat verməkdir. Tədbirdə “QIZIL BUTA” və “QIZIL KÜRƏ” mükafatları qaliblərə təqdim olundu.

0

IMG_1121IMG_1124

1418IMG_1136

2019IMG_1131IMG_1127

51724IMG_11801523

IMG_1174

IMG_1207IMG_1165IMG_118930

27292825

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.