Qobustanda qəbul keçirilmir

 

16

Qobustan  mənbələr rayonda ciddi narazılıqlar yaranıb

Digər rayonlarda olduğu kimi Qobustan rayonunda   baş verən qanun pozuntuları ciddi narazılıqlar yaradıb. XALQ.AZ-a verilən məlumata görə,rayonun ərazi icra nümayəndələri, bələdiyyə üzvləri vətəndaşların problemləri ilə maraqlanmırlar. Aldığımız məlumata görə, baş verən qanunsuzluqların başında Qobustan rayon İcra Hakimiyyəti  Adil Məmmədov dayanır. Onun rayondakı qanunsuz əməlləri barəsində dəfələrlə mətbuatda yazılar dərc olunub. Lakin indiyə qədər icra başçısının əməlləri barədə heç bir ölçü götürülməyib. Qobustanlılar  artıq 3 aydır Adil Məmmədovun qəbuluna düşə bilmirlər belə ki,qəbul günü müxtəlif bahənələr gətirilərək icra hakimiyyətinin ətrafına belə buraxılmırlar, səbəb isə Başçının Bakıdan gələn qonaqlarla başı qarışdığı vurğulanır.  Qobustandan XALQ.AZ-a müraciət edən sakinlər bildirirlər ki, yaxın günlərdə başçının qəbuluna düşə bilməsələr etraz aksiyası keşirəcəklər. Bəlkə icra başçısı birlikdə səsimizi eşidib rayona təşrif buyurub problemlərimizlə maraqlana.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq