Qoca Səmədov Yevlaxı dağıtmaq üçün tikir

Yevlax

Yevlaxda bir neçə aydan sonra dağıdılacaq yolların təmiri üçün 1 milyon manat ayrılıb;hazırda yoollar təmir olunsa da, bir neçə aydan sonra «Azərsu» ASC həmin yolları dağıtmağa məcbur olacaq…

Yevlax şəhərinin küçələri şıdırığı şəkildə asfaltlanır. Şəhrin küçələrinin təmirini Yevlax rayon İcra Hakimiyyətinin başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Müstəqim Məmmədov həyata keçirir. Elə Müstəqim Məmmədovda şəhər küçələrinin təmirindən yüz minlərlə manat vəsait mənimsəyir.

Bu barədə PİA.AZ-a Yevlaxdan daxil olan məlumatda bildirilir ki, Müstəqim Məmmədov hazırda şəhərin müxtəlif yerlərinə asfalt örtüyü çəkdirir. İşin ilginc tərəfi isə odur ki, təmir olunan və yeni çəkilən yollar bir neçə aydan dağılacaq. Çünki «Azərsu» ASC bir neçə aydan sonra şəhərin su-kanalizasiya sistemi tamamilə yenilənəcək. Bu zaman isə təbii olaraq Müstəqim müəllimin yeni inşa etdiyi yolların hamısı dağıdılacaq. Və dövlətin 100 min manatlarla vəsaiti havaya sovrulmuş olacaq. Hələ üstəlik həmin yolların təmirinə yenidən 100 min manatlar sərf olunacaq və təbii ki, yenə də Müstəqim Məmmədov ayrılan vəsaitin yarısını mənimsəyəcək.

Qeyd edək ki, Yevlaxda işini əvvəlcədən bilən Müstəqim Məmmədov hal-hazırda yolları «xala xətrin qalmasın», deyə təmir edir. Onsuzda yolların bir neçə aydan sonra dağıdılacağını hamıdan yaxşı bilən icra başçısının müavini yollların təmirinə ayrılan vəsaitlərin 70 faizini sənədləşdirib «silir».

Mənbə bildirir ki, yolların bir neçə aydan sonra dağıdılacağını yaxşı bilən Müstəqim Məmmədov icra başçısı Qoca Səmədovu bu işə həvəsləndirib və bildirib ki, «qorxusuz-hürküsüz asvalt örtüyü istədiyimiz kimi döşəyə bilərik». Bildirilir ki, müavinin bu eyhamını göydə tutan icra başçısı da şəhər yollarının təmiri üçün vəsait ayırıb. Yəni faktiki olaraq Qoca Səmədov müavini Müstəqim Məmmədovla əlbir olub külli miqdarda vəsaiti dövlətin «cibindən» çıxarıb özünün və müavinin cibinə qoyub.

Məlumatda o da qeyd olunur ki, Yevlax şəhərinin bəzi küçələrinin asflatlanamsı üçün 1 milyon manat ayxın vəsait ayrılıb. Halbuki həmin yollar bir neçə aydan sonra tamamilə dağıdılacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…