Qoca ssenaristin sərsəm xülyaları

foto musahibe

Rüstəm İbrahimoviç suyu qurumaqda olan gölə bənzəyir

 

Gözlənilən idi…. Artiq politoloqların verdiyi proqnozlar özünü doğrultdu.Vahid namizəd məsələsində bir birinə top-tüfəng çevirən müxalif düşərgə “LİDERLƏRİ” kölgədə qaldılar.

Qurbanlıq quzu kimi Cəmil Həsənlini üstündə dayandılar Niyə məs Cəmil Həsənli? Bu “LİDERLƏR” yaxşı bilirdilər ki oktyabrın 9 keçiriləsi planlaşdırılan prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə biabırçı məğlub olacaqdırlar, praktika bunu göstəmişdir.Hələ 2003 seçkilərində müxalifətin vahid namizədi olmuş İsa Qəmbər uduzduğunu  hələ də həzm edə bilməyib. Olduqca kiçik səs toplayan İsa Qəmbərin həmin vaxtda Qərbə yönəlik keçirtdiyi siyasi şou hamımızın xatirindədir. Necə deyərlər “ilan vuran ala çatıdan qorxar”. Azərbaycan Milli maraqlarına  düşmən  kəsilən bu  “LİDERLƏR” tarixçi-alim Cəmil Həsənliyə etimad göstərməklə heç də ona sevgilərini ifadə etmirlər. Məlum məsələdir ki, həm fiziki baxımdan həm də idarəçilik təcrübəsindən Cəmil Həsənli nəinki Prezident, heç təbliğat- təşfiqat qurmaq üçün namizəd ola bilməz, Hələ ideoloji baza bir yana qalsın.

Musahibələrindən, siyasi davranışlarından aydın görünür ki, Cəmil Həsənli müxalifətin siyasi əsirinə çevrilib.Artıq adıçəkilən bu şəxs müstəqil siyasət belə yürüdə bilmir. Milli Şüranın qabaqcadan düşünülmüş antiazərbaycan proqramına özüdə bilmədən maestroluq edir.Necə deyərlər yaşının ahıl çağında Milli Şura deyilən qondarma bir qurumun əlində alətə çevrilib.

Azərbaycançılıq məfkürəsindən milyon kilometrlərlə   uzaq olan, erməni xislətli Rüstəm İbrayimoviç yazdığı ssenari iflasın bir addımlığındadır. Bu zərərli tendensiya Azərbaycanın əlehyinə ssenarilərə bənzəyir. Nə yazıq ki, baş rolda Rüstəm İbrahimoviçdir. Suyu qurumaqda olan gölə bənzəyən Rüstəm İbrahimoviç antiazərbaycan filminin çəkilişinə bu xalq imkan  verməyəcək .Cünki xalq tükü-təkdən seçir. Xalqın dəstəklədiyi vahid namizədi var.Sayın İbrahimoviç öyrənin, gec də olsa öyrənin ,dövlət idarəçiliyini ONDAN öyrənin.

  

Zaur Mirzə-zadə

“Dünya Azərbaycanlıları” İctimai Mərkəzin sədri