Qondarma seçkilər keçirirlər

 

sey

“Dağlıq Qarabağda keçirilən seçki, qanuna və beynəlxalq normalara ziddir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Seymur Orucov qeyd edib ki, qondarma Ermənistan dövləti Cocuq Mərcanlıyla bağlı verilən sərəncamdan və aprel döyüşlərindən əvvəl vətəndaşları arasında belə bir mif yaratmışdılar ki, güya Dağlıq Qarabağ torpağı onlarındır: “Yerləşib təsərrüfatınızı qurun, sizin üçün gözəl şərait yaradacağıq.” Amma Lələ təpə döyüşlərindən və Cocuq Mərcanlıda infrastruktur layihələr başladıqdan sonra ora köçürülən ermənilər qaçmağa başlayıblar. Onlar anlayıblar ki, Dağlıq Qarabağ torpaqları Azərbaycanındır. Əlbəttə bu da sosial narazılığa səbəb olub. Bütün bu sosial narazlıqların qarşısını almaq və birinci Qarabağ müharibəsində qalib olduqlarını göstərmək üçün belə qondarma seçkilər keçirirlər. Konstitusiyaya Dağlıq Qarabağın adını dəyişmək üçün maddələr əlavə ediblər. Amma bütün bunların hüquqi statusu yoxdur. Bilirsiniz ki, əvvəl orda bələdiyyə və başqa seçkilər keçirilmişdi. Xankəndi aereportunu istifadəyə vermək istəyirdilər. Unudurlar ki, Azərbaycan 25 il bundan öncəki Azərbaycan deyil. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu var, cənab prezidentimiz dövlətimizi bütün güc strukturlarının birləşə biləcəyi məkana çevirib. Bütün beynəlxalq təşkilatlar bu qondarma seçkini tanımayacaq, heç bir dövlət də gedib o seçkini müşahidə etməyəcək. Bu seçki də Ermənistanın növbəti şoularından biridir. Ermənistan dövləti belə şouları keçirməyi sevir”.