Qoşqar Təhməzli görüş keçirdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

 

XALQ.AZ xəbər verir ki, agentlikdən  verilən məlumata görə, görüşdə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlər diqqət mərkəzində olub.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli heyvan kəsimi ilə məşğul olan sahibkarların qarşılaşdıqları problemləri dinləyib, onların həlli yolları barədə fikir mübadiləsi aparıb, sahibkarları maraqlandıran suallara cavab verib.

O bildirib ki, ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq: “Ona görə də yeni heyvan kəsimi məntəqələrinin yaradılması və həmin məntəqələrin xidmətlərindən istifadə olunması sahəsində hər bir sahibkar öz fəaliyyətini müasir, günün tələblərinə cavab verən formada qurmalıdır”.

Q.Təhməzli deyib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün zəruri köməklik, o cümlədən maarifləndirmə və tövsiyə xarakterli yardımlar həyata keçiriləcək.

Görüşdə eyni zamanda sahibkarlıq subyektlərində həyata keçirilən maarifləndirici monitorinqlər haqqında da məlumat verilib və xatırladılıb ki, iyulun 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılmasına başlanılacaq.

Sonda heyvan kəsimi ilə məşğul olan sahibkarlar onları narahat edən məsələlər barədə danışaraq öz fikir və təkliflərini diqqətə çatdırıblar.

Qida Təhlükəsizliyi Agentliyində heyvan kəsimi ilə məşğul olan sahibkarlarla görüş keçirilib

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir