Xalq.az xəbər verir ki, Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı Qubada uğurla icra olunur.
Belə ki,proqram üzrə həyata keçirilən abadlıq quruculuq işləri mühüm uğurlarla başa çatdırılır.Lənkəran şəhərində və kəndlərində sosial-iqtisadi həyatın bütün sahələrində rəvan inkişaf davam etmiş, nəzərdə tutulan proqram və layihələrin təqvim planına tam uyğun icrası təmin edilmişdir. Ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Quba rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərmiş və rayonda bütün sahələr üzrə artım əldə olunmuşdur.Bu göstəricilər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsidir ki,bu gun regionlarda inkişaf göz önündədir.