Quba sel suları altında qaldı

Quba

Quba rayonunda yağan leysan yağışlar fəsadlar yaradıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Tüləkəran ərazi nümayəndəliyinə yağan intensiv yağışlar əhaliyə ciddi ziyan vurub.

Rayon Fövqəladə Hallar Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, Tülər kəndində sakinlərə məxsus bir neçə heyvanı sel aparıb. Onlarla evin həyət-bacası su altında qalıb.

Həmçinin kənd yolunun üstündəki körpü də üçüb. Möhüc kəndinə gedən körpü də uçmaq təhlükəsi ilə üzləşib.

Hazırda intensiv yağan yağışlar səngiyib. Rayonun müvafiq qurumları dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlayıb.