Qubada “Alma bayramı” keçiriləcək

44

 

Bayramda ən böyük alma nominasiyası üzrə qalib müəyyənləşdiriləcək

 

Oktyabrın 20-də Qubada rayon icra hakimiyyətinin təşəbbüsü ilə “Alma bayramı” keçiriləcək. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq bayram tədbirinə rəsmi nümayəndələr, tanınmış ziyalılar, ölkəmizdən kənarda yaşayan qubalı iş adamları eləcə də çoxsaylı xarici ölkə nümayəndələri dəvət olunub.

Tədbirdə milli adət-ənənələrimizi əks etdirən kompazisiyalar qurulacaq, rayonda becərilən alma sortları nümayiş etdirilməklə yanaşı, almadan hazırlanan müxtəlif şirniyyatlar, kokteyllər və içkilər iştirakçılara təqdim olunacaq. Bundan başqa bayramda ən böyük alma nominasiyası üzrə qalib müəyyənləşdiriləcək.

Bayram tədbiri çərçivəsində rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər nümayiş olunacaq. “Alma bayramı” yeni istifadəyə verilən “Yaşıl teatr”ın səhnəsində tanınmış incəsənət xadimlərinin iştirakı ilə davam edəcək.