Qubada velosiped yürüşü təşkil edilib

5 may 2018-ci il tarixində “ASAN xidmət”in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə velosiped yürüşü keçirilib.

XALQ.AZ xəbər verir ki, Quba rayon ictimaiyyətinin iştirakı ilə təşkil olunan yürüş 15 km-ə yaxın məsafəni əhatə etməklə Qəçrəş kəndindən start götürüb və Heydər Əliyev mərkəzinin qarşısında başa çatıb.

Veloyürüşün təşkil olunmasında məqsəd Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin diqqətə çatdırılması, həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliği, onların asudə vaxtının səmərəli təşkili olub.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.