Qüdrət Həsənquliyev: “Bordyuja baş katiblikdən uzaqlaşdırılmalıdır”

Картинки по запросу qudrət həsənquliyev

Millət vəkili Qüdrət Həsənquliyev ötən gün Ermənistan tərəfinin cəbhədəki növbəti təxribat cəhdinə  münasibətini bildirib.  Xalq.az-ın xəbərinə görə millət vəkili bildirib ki, ötən gün cəbhədə baş verən təxribat düşmən ölkə tərəfindən qəsdnən edilən təxribatdır: “Ermənilər qəsdnən təxriban törədiblər. Lakin onlar bu dəfə konfliktə üçüncü dövləti yəni Rusiyanın qoşmağa çalışırlar. Azərbaycan Xarici İşlər Nazirliyi çox zamanında cavabını verdi. Ermənistan işğal olunmuş ərazilərdən çıxmalıdır”.

Ötən gün KTMT baş katibinin Nikolay Bordyujanın “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlətməsi ilə bağlı fikirini bildirən millət vəkili söyləyib ki, Azərbaycan KTMT-yə üzv olan ölkələrə onun baş katiblikdən uzaqlaşdırması ilə bağlı müraciət etməlidir: “Biz nə qədər Rusiyanın  özünün mövqeyinə zərbə vuran açıqlamalarına dözməliyik? Azərbaycan İsrail- Türkiyə arasında münasibətərin daha da yaxşılşmasına çalışmalıdır”.

Spiker Oqtay Əsədov millət vəkilinə cavab olaraq bildirib ki, KTMT-nin baş katibinin Nikolay Bordyujanın fikrini şişirtməyə ehtiyac yoxdur: “  Onun fikri Rusiyanın mövqeyi deyil. Kiminsə fikrinə görə belə addım atmaq olmaz. Azərbaycan dəqiq siyasət həyata keçirir. Məsələni genişləndirməyə ehtiyac yoxdur”.

Scroll to top