Şeyxdən Qüds qətliamı ilə bağlı – Açıqlama

“Qüdsdə fələstinlilərə qarşı baş verənlərə müsəlman dünyası biganə qala bilməz”

XALQ.AZ  xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O bildirib ki, Qüds bizim üçün müqəddəsdir.
“Bu yer tək müsəlmanlar üçün deyil, bütün dinlər üçün müqəddəsdir. Orada baş verən hadisələrə biz müsəlmanlar biganə qala bilmərik. Qafqaz Müsəlmanları İdarəsi olaraq bəyan edirik ki, Qüds müsəlmanların, fələstinlilərin paytaxtıdır”.

QMİ sədri bildirib ki, müsəlman dövlətləri arasında biriyin olmamasından istifadə edərək qarşıdurma yaradırlar.

“Dünən Qüdsün fəlakət günü kimi qeyd olundu. 59 nəfər şəhid oldu. Böyük faciədir. Biz təcavüzün nə olduğunu yaxşı bilirik. Ermənilərin Qarabağ torpaqlarını işğal etməsi nümunədir. Biz o ağrıları keçmişik. Beynəlxalq hüquq çərçivəsində məsələyə baxılmasına və məsələnin sülh çərçivəsində həll edilməsini istəyirik. Şəhidlərə rəhmət diləyirik. Orada baş verən hadisələrə qəti etirazımızı bildiririk”.

 

Orxan