Qusarda avtoyürüş keçirilib

XALQ,AZ xəbər verir ki, Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonda avtoyürüş təşkil edib.

Dövlət və Yeni Azərbaycan Partiyasının bayraqları ilə bəzədilmiş avtomobillər “İlhamla irəli” şüarları ilə şəhərin küçələri ilə yürüş ediblər. Səsucaldılan ilə seçicilərə 11 aprel seçkilərində aktiv olmağa çağırış edilib. Yürüşün böyük bayram əhvali-ruhiyyəsi ilə keçirilməsi ötən 15 il ərizində Cənab İlham Əliyevin həyata keçirldiyi siyasətin xalq tərəfindən dəstəkləməsinin daha bir təzahürüdür. Azərbaycanın iqtisadi inkişafı, siyasi sabitlik, sərhədlərimizin təhlükəsizliyinin təmini, dünyanın stabil dövlətlərindən birinə çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin məqsədli fəaliyyətinin məntiqi nəticəsidir. Prezidentimizin böyüklüyü, müdrikliyi, iradəsi və qətiyyətli mövqeyi bir mənalı olaraq xalq tərəfindən qəbul edilir. Bu yürüş gələcək həyatımızı daha böyük uğurlara aparan yolun tənətənəsidir. Qusarlıların iştirak etdiyi yürüş Yeni Azərbaycan Partiyasının daha bir möhtəşəm qələbəsindən xəbər verir.

 

Elgün