Rəhman Məmmədov nazir təyin olundu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri təhsil naziri postuna yeni təyinat barədə fərman imzalayıb.

XALQ.AZ xəbər verir ki, fərmana əsasən, Məmmədov Rəhman Əli oğlu Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.

Qeyd edək ki, Rəhman Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, 7 iyuldaMəmməd Qəribov təhsil naziri vəzifəsindən azad edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.