Rəis inspektorun yazdığı protokolu ləğv etdi-Fotofakt

Sürücü Vüqar Əliyev  yol polisi inspektorunun onun haqqında səhv qərar çıxardığını iddia edib.

Sürücü Vüqar Əliyev Daxili İşlər Nazirinə ünvanladığı məktubla öz günahsız olduğunun sübut edib və barəsində yazılan protoklu ləğv olunmasına nail olub. XALQ.AZ məlumat verir ki, sürücü Vüqar Əliyevə DYP-nin inspektoru yol hərəkəti qaydasını pozduğuna görə  tərtib etdiyi İnzibati Xəta protokoldan şikayət etmişdir. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəisi Nüşirəvan Səfərov sürücü Vüqar Əliyevə tərtib olunan protokolu ləğv edib. Buna səbəb protokolda qeyd olunub ki, barənizdə tərtib olunmuş İXP əsasında  qəbul olunmuş inzibati xəta haqqında iş üzrə qərar ləğv olunaraq icraatına xitam verilmişdir.  Demək ki, nə qədər islahatlar aparılsa da DYP bəzi inspektorları sürücüləri qayda pozmadan belə cərimə yazırlar.  Niyə bu inspektorlar haqqında tətbir görülmür?

DYP idarəsi ilə əlaqə saxlasaqda məsələ ilə bağlı açıqlama verilmədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir