Rəşad Mahmudov “Azərbaycan Xalqının Ürəyi Sizinlə döyünür”

Xəbər verdiyimiz kimi bu gün bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib  Qurultayda aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin namizədliyi yekdilliklə qəbul olunub.

Qurultayda Milli Məclisin deputatı, Tibb üzrə elmlər doktoru Rəşad Mahmudov çıxış edib. XALQ.AZ xəbər verir ki, qurultayda çıxışında millət vəkili  Rəşad Mahmudov  bilidrib ki, O xalq, o cəmiyyət xoşbəxtdir ki, onun idarəçilyi dincliyə, əmin-amanlığa söykənir. O xalq xoşbəxtdir ki, onun dincliyi, əmin-amanlığı, rifahı, bir sözlə, bütün taleyi onu idarə edən nəhəng şəxsiyyətlərin, müdriklərin, dərin zəka sahiblərinin çiynindədir. Tarixi təcrübə göstərir ki, xalq hər zaman bu ağır yükü daşımağa qadir olan belə yüksək ləyaqətli tarixi şəxsiyyətlərini, liderlərini dəstəkləyir, onun ardınca gedir, ona inanır və arxalanır. Biz fəxr edirik ki, dünyanın son yüz illiyinin ən nüfuzlu tarixi şəxsiyyətləri və liderləri sırasında partiyamızın qurucusu ulu öndərimiz Heydər Əliyev öncül sıralarda yer tutur. Bugünkü dincliyimiz, əmin-amanlığımız, bütün sahələrdə dinamik inkişafımızın möhkəm təməli məhz onun adıyla bağlıdır. Və bir də ona görə qürur duyuruq ki, Ulu öndərin qurucusu olduğu müasir Azərbaycanı yüksək ləyaqətlə idarə edən möhtərəm cənab Prezidentimiz İlham Əliyev var!   Son 15 ildə gəldiyimiz yola ötəri də olsa nəzər salsaq, nələri görmüş olarıq: müstəqilliyimiz daha da möhkəmlənmiş, Azərbaycan dünya birliyində sivil, modern dövlət kimi, həm də yeni, özəl dəyərlərlə tanınmışdır, onun həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri, bütün sahələrdə inkişaf dinamizmi sözün əsl mənasında qibtə doğurmuşdur.

Bu gün Azərbaycan yalnız neft ölkəsi deyil, bu gün Azərbaycan həm də yeni mədəni-mənəvi dəyərləri ilə tanınır, bu gün Azərbaycan multikultural ölkə kimi tanınır, bu gün Azərbaycan idman və turist ölkəsi kimi  tanınır. Bu gün Azərbaycan yeni iqtisadi və sosial cağırışların, nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi üçün əsas məkan kimi seçilirsə, dünyaya özünü demokratik ənənələrə sadiq, eyni zamanda, hüquqi və sosial dövlət kimi təqdim edirsə, deməli, qarşıya qoyulan vəzifələr, qəbul edilən dövlət proqramları öz bəhrəsini verir.

Artıq Azərbaycan iri və mürəkkəb infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi nüfuz sahibidir. Bu gün Azərbaycanın səsi Beynəlxalq təşkilatların kürsülərindən daha gur eşidilir. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, inkişafın Azərbaycan modelinin mövcudluğu ən böyük uğurumuzdur və dünyaya nümunədir. Bəli, Azərbaycan bu gün öz tarixinin ən güclü, güdrətli dövrünü yaşayır. Respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni  texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir. Əlbəttə, ölkəmizin inkişafını sürətləndirən, region ölkələr və dünya dövlətləri üçün də əhəmiyyət kəsb edən qlobal projelərin həyata keçirilməsi göz qabağındadır. Bütün təzyiqlərə baxmayaraq, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində işlərin davam etdirilməsi, iri enerji layihələrinin gerçəkləşdirilməsi, qlobal əhəmiyyətli iqtisadi zonaların yaradılması, ASAN xidmət kimi Azərbaycan brendinin dünyaya təqdim olunması məhz Sizin əzminiz, iradəniz sayəsində həyata keçirilmişdir.  “2007-2015-ci illərdə Xaricdə Təhsil Dövlət Proqramı” çərçivəsində bu günə kimi minlərlə gəncimiz xarici ölkələrin ali məktəblərində təhsil almış və hazırda elmin, mədəniyyətin, iqtisadi və siyasi həyatyımızın müxtəlif sahələriundə uğurla çalışmaqdadırlar. Bu da insan kapitalına verilən dəyərin ən gözəl nümunələrindən biridir! Bu, əsl dövlət xadiminin strateji düçüncə məhsuludur. Millət vəkili Rəşad Mahmudov bildirb ki, (Möhtərəm Prezident! Gözümüzü dünya elminə və mədəniyyətlərinə açdığınıza görə Sizə təşəkkürümüzü bildiririk! Azərbaycanın gələcəyi üçün insan kapitalına önəm verdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk!)

Mən millət vəkilli olmaqla yanaşı həmdə uzun illərdir ki, səhiyyə sahəsində fəaliyyət göstərirəm. Son 15 ildə ölkəmizdə səhiyyənin inkişafı hamının gözü qabağındadır. Yaxın keçmişdə xəyalını belə qura bilmədiyimiz müasir tibb ocaqları və ölkəmizdə yüksək texnoloqiyalı əməliyyatların keçirilməsi qurur vericidir. Bununla yanaşı, İcbari Tibbi Sığortanın pilot lahiyəsinin başlanması, Səhiyyədə dövlət proqramlarının uğurla icrası, ölkədə yeni farmaseptik zavodların inşası, gələcək nəsillərin sağlamlığına zəmanət verən Qida Təhlükəsizliyi Aqentliyinin fəaliyyətinə başlanılması Dövlətin vətandaşının sağlamlığına göstərdiyi diqqətin bariz nümünəsidir.  (Uzun illərdən bəri gələcəyimiz olan körpələrimizin ən ağır xəstəliklərində Heydər Əliyev Fondunun bu günə qədər şərəf və ləyaqətlə həyata keçirdiyi lahiyələrin 2018-ci ildə həm də Dövlət budcəsi çərcivəsində davam etdirilməsinə dəstək verdiyinizə görə Azərbaycan xalqı adından Sizə minnətdarlığımızı bildiririk!

Silahli Qüvvələrimiz güvənc yerimiz, qürur mənbəyimizdir. Sizin diqqət və qayğınız sayəsində bu gün Azərbaycan ordusu dünyanın ən qüdrətli orduları sırasındadır. Aprel hadisələrində Azərbaycan xalqı və dünya bu həqiqətin şahidi oldu.

Bu gün ordumuzun qarşısında duran əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir və qüdrətli ordumuzun bu işin öhdəsindən məharətlə gələcəyinə xalqın heç bir şübhəsi yoxdur. Möhtərəm Ali Baş Komandan! Qüdrətli ordu qurduğunuza, dövlətimizin və vətəndaşlarımızın müdafiəsini gücləndirdiyinizə görə Sizə öz minnətdarlığımızı bildiririk. Deputatı olduğum Astara rayonunun bir çox ucqar dağ kəndlərinə elektrik enerjisinin və qazın verilməsi, insanların xəyalını qura bilmədikləri uzaq dağ kəndlərinə asfalt örtüklü yolların çəkilməsi, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, idman komplekslərinin tikilməsi, yeni-yeni emal müəssisələrinin, iş yerlərinin açılması bütün bunlar Sizin rəhbərlyiniz dövründə mümkün olub və bu misal ölkəmizin bütün rayon və şəhərlərinə xasdır. Cənub reqionunun turizm potensialının genişləndirilməsi üçün dəmir yol xəttinin yerinin dəyişdirilməsi barədə verdiyiniz tapşırıqlar, 2018-ci ildə Bakı-Astara magistral yolunun istifayə verilməsi hər bir vətandaşın ürəyincədir və regionun gələcək inkişafında yeni prospektivlərin başlancığıdır. Ulu Öndərimizin yaratdığı Yeni Azərbaycan Partiyasının yüz minlərlə üzvlərindən biri kimi, millət vəkili kimi, həm də bir həkim kimi tez-tez insanlarla təmasda oluram, xüsusilə xarici ölkələrdə olanda Azərbaycanda gedən quruculuq işləri, inkişaf barədə müxtəlif səviyyələrdə xoş sözlər eşidəndə həm də bu ölkənin Vətəndaşı olduğuma görə qürur duyuram. Doğurdan da, Azərbaycan inkişafın dinamikasına görə dünyada lider ölkələrdən sayılır, regionun güc mərkəzi və əsas söz sahibidir, Avropanın yeni enerji təhlükəsuizliyi siyasətinin başlıca təminatçılarındandır. Millət vəkili Rəşad Mahmudov qeyd edib ki, Azərbaycan öz rəhbərinə və dövlətinə güvənən xalqın vətənidir! Bütün bu faktlar Sizin fəaliyyətinizin yalnız bir hissəsidir. Milli maraqlarımızı qorumaq yolunda, bəzən əsassız təzyiqlərlə üzləşməyinizə baxmayaraq, yolunuzdan dönmədən ardıcıl, qətiyyətli və dürüst addımlarınızı və siyasətinizi dəstəkləyirik.  Mən, bu qurultayda iştirak edən nümayəndələr adından, Yeni Azərbaycan Partiyasının 700 minlik üzvləri adından, seçicilərim adından, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən həmkarlarım adından, Azərbaycanın gələcəyi naminə Yeni Azərbaycan partiyasının sədri hörmətli İlham Heydər oğlu Əliyevin prezident şeçkilərində namizədliyi irəli sürürəm. Əminəm ki, bu seçim hamının ürəyindəndir və xalqımız tərəfindən birmənalı müdafiə olunacaqdır. Möhtərəm Prezident, partiya tərəfindən mənə verilmiş səlahiyyətdən əlavə, bir ürək həkimi kimi peşəmin mənə verdiyi imtiyazlardan istifadə edərək Sizə bir həqiqəti çatdıqmaq istəyirəm:

Azərbaycan xalqı Sizi Ürəkdən sevir!

Azərbaycan Xalqının Ürəyi Sizinlə döyünür!

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Yeni Azərbaycan Partiyası!

Yaşasın Heydər Əliyev ideyaları!

Var olsun möhtərəm prezidentimiz İlham Əliyev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir