Rəfael Hüseynov: “Heydər Əliyev Azərbaycanı təkcə Qafqaz deyil, bütün dünya miqyasında görürdü”

“Heydər Əliyev Azərbaycana yüksəkdən baxa bilirdi. Ona görə də Azərbaycanı çətin vəziyyətdən xilas edə bildi”.

XALQ.AZ  xəbər verir ki, bu sözləri millət vəkili  Rəfael Hüseynov Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.

R.Hüseynov bildirib ki, Heydər Əliyev Azərbaycanı təkcə Qafqaz deyil, bütün dünya miqyasında görürdü:

“Heydər Əliyev Çinin prezidenti ilə görüşəndə Azərbaycan Çindən daha böyük dövlət kimi görünürdü. O, Azərbaycanı varlığı ilə böyüdən şəxsiyyət idi.   Ömrünün son illərində söylədiyi “Mən Azərbaycanlıyam”ifadəsi  onun bütün həyatının əsas mənasını təşkil edir. Onun əsasını qoyduğu dövlət, cızdığı yol bu gün İlham Əliyev tərəfindən davam etdirilir.  Yolu yaratmaq nə qədər çətindirsə, o yolu yaşatmaq da ikinci bir hünərdir. Bu hünər isə prezidentimiz İlham Əliyevə məxsusdur. İstiqlalımız 100 yaşına çatır, onun yalnız 29 ilini müstəqil yaşamışıq. Müstəliyə təhlükə yarananda Heydər Əliyev bizim bu çətinlikdən xilas etdi”.

 

Orxan