Rəfiqələr oğlan üstündə 17 yaşlı qızı döydülər (VİDEO)

Rusiyada daha bir qalmaqallı video yayılıb.

XALQ.AZ-ın məlumatına görə, yayılan videoda iki 20 və 23 yaşlı rəfiqə 17 yaşlı qıza işgəncə verirlər.

Buna isə 17 yaşlı qızın rəfiqələrdən birinin sevgilisini əlindən alması səbəb olub. Sevgilisi ilə eşq məcarası yaşayan 17 yaşlı qıza iradını bildirən rəfiqələr, sosial şəbəkədə təhqir olunublar. Gənc qız rəfiqələri əxlaqsız qadınlar adlandırıb.

Rəfiqələr də intiqam almaq qərarına gəliblər. Onlar gənc qızı görüşə çağırıblar. Rəfiqələr qızı heç kiminj olmadığı yerə aparıblar. Orada rəfiqələr qızı döyərək hadisəni mobil telefonla çəkiblər. Daha sonra videonu sosial şəbəkələrdə paylaşıblar.

Döyülən qızın şikayətindən sonra polis hadisəni araşdırmağa başlayıb. Araşdırmalar zamanı rəfiqələr saxlanılıb və izahatları alınıb. Hadisənin araşdırldığı bildirilir.