Rəşad Məciddən açıqlama

1

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid xalq yazıçısı Anar Rzayevin yenidən Azərbaycan Yazıçılar Biliyinin sədrliyinə secilməsini dəstəkləyir.

Bu haqda “525-ci qəzet”in baş redaktoru öz açıqlamasında bildirib.

“Anar Rzayevi yaxşı tanıdığımdan onun Azərbaycan Yazıçılar Birliyinin qurultayında növbəti dönəm sədr seçilməsinin tərəfdarıyam. Anarın buna potensialı və təcrubəsi yetərincədir. Yekdilliklə Anar Rzayevi dəstəkləyirəm” , – deyə Rəşad Məcid bildirib.

Qeyd edək ki, saytlarda iyunun 17-də keçiriləcək Azərbaycan Yazıçılar Birliyinin qurultayında səsvermə zamanı xalq yazıçısı Anar Rzayevin öz namizədliyini Rəşad Məcidin xeyrinə geri götürəcəyi barədə məlumatlar yazılıb.

Rəşad Məcid bu informasiyanı inkar edərək bu haqda ilk dəfə eşitdiyini və sədr postuna Anar Rzayevi namizəd gördüyünü qeyd etdi.