Rəşad Mahmudov “Səhiyyəmiz yeni dövrün tələblərinə uyğunlaşdırılır”

Naxçıvanda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Azərbaycan səhiyyəsində yüksək texnologiya və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.

XALQ.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən konfransda  çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ürək və Sağlamlıq İctimai Birliyinin sədri, tibb elmləri doktoru Rəşad Mahmudov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə səhiyyə sisteminə xüsusi diqqət yetirildiyini xatırladıb. Rəşad Mahmudov deyib ki, səhiyyənin modernləşdirilməsi, infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması bu gün Azərbaycanın səhiyyəsinin prioritetlərindəndir.Səhiyyənin və ən müasir avadanlıqlarla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin yeni dövrün tələblərinə uyğunlaşdırılması əhali sağlamlığının etibarlı təminatına geniş imkanlar açır.

Rəşad Mahmudov tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilən Dövlət Proqramlarının xüsusi rolundan bəhs edib, onların icrasının təmin olunmasını hər bir həkim və tibb işçisinin mühüm və şərəfli vəzifələri kimi dəyərləndirib.

Konfransda mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.