Rəsmi Bakı Koreya liderlərinin görüşünü alqışladı

Biz Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası liderləri arasında baş tutmuş görüşü alqışlayırıq.

 

XALQ.AZ xəbər verir ki, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

“Ümid edirik ki, bu görüş Koreya yarımadasında sülh, təhlükəsizlik və stabilliyin güclənməsinə töhfə verəcək”, – deyə XiN rəsmisi bildirib.

 

Elgün