Rabitə nazirliyinin əməkdaşları abonenti necə təhqir edirlər?

rabita

Xəzər rayon telefon qovşağının 63 və 43 nömrəli növbətçi xanımlar abonentləri niyə təhqir edirlər?

 

 

Azərbaycan inkişaf mərhələsi yaşayan bir ölkə olaraq,Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticədir ki,artıq kosmosda Azərbaycanın öz peyki var.Həmçinin 2013-cü il Möhtərəm Prezident İKT ili elan edib, bunula əlaqədar bütün Respublikada sil-silə tədbirlər həyata keçirilir.Rabitə və İnformasiya Texnologiyaları nazirliyi paytaxta və bölgələrdə telekomunikasiya lahiyələri  yüksək səviyyədə icra edir. Amma Xəzər rayon telefon qovşağı Binə qəsəbəsində bu lahiyələrdən bixəbərdirlər, çünki telefon xidməti bir yana qalsın internet demək olar ki yox dərəcəsindədir. Belə ki,gün ərzində internelə bağlı müraciətlərimizə  012 456 12 12 telefon nömrəsinə əlaqə saxladıqda və hər hansı bir məsələdə şikayət bildirdik də, növbətçi xanımlar abonentlərə təhqir etməkdən belə çəkinmirlər. Səbəb isə məlumdur çünki telefon qovşağında işə götürülənlər heç bir işə qəbulla bağlı imtahan və yaxud komissiyadan keçmirlər. Etik davranış,abonentlərlə danışıq və bu kimi halları kim təyin edirsə necə icra olunur məlum deyil. Bu hadisə hər kəs rastlaşa bilər əgər 012 456 12 12 telefon nömrəsinə zəng edib, telefon dəstəyini 63 və 43 nömrəli növbətçi cavablandırsa Bu xanımlar abonentla danışmaq və abonentə necə cavab vermək,etik davranış qaydalarına necə riayət etmələrini şahidi olacaqlar. Sonda Xəzər rayonu Binə qəsəbəsi telefon qovşağından müraciətlərimizə cavab olaraq “BAKİNTENETİN” gunaylandırdı ki, onlarda problem var və bu ğün Binədə internet olmayacaq. Bəs sual olunur bu gün Bakinternetdə problem var bundan öncə ki günlər kimin problemi idi.

 

P.S. İnternet xidməti üçün aylıq 22 manat pul ödənilir 02.09.2013-cü il tarixində  Binə qəsəbəsində  internet xidməti olmayıb bu gün üçün ödəniləcək pul kimin cibinə gedəcək?

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.