Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunun dəyişikliyi haqqında Prezidentin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 657; 2012, № 4, maddə 365, № 6, maddə 555) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”nun mətni aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparatı (şöbələr və sektorlar).

  1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi.

  2. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2013-cü il.