Radik İsayev ikiqat Avropa çempionu oldu

Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

XALQ.AZ  xəbər verir ki, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.
Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilən qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.