Rafael Ağayev Avropa çempionu oldu

9-14 may tarixlərində Serbiyanın Novi Sad şəhərində 53-cü Avropa çempionatı keçirilir.

XALQ.AZ xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan təmsilçisi Rafael Ağayev bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub.

Bu, 33 yaşlı idmançının karyerasındakı 11-ci Avropa çempionu tituludur.

Qeyd edək ki, 52 ölkədən 532 idmançı qatıldığı yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunur.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir