Ramazan təqvimi açıqlandı — FOTO

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb.

 

XALQ.AZ xəbər verir ki, təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.

Təqvimdə eyni zamanda, Ramazan ayının gündəlik duaları yer alıb. Ramazan təqviminə əsasən ilk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək. İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir. Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq.

Qeyd edək ki, şəvval ayının 1-i (15 iyun) Fitr bayramıdır.

 

 

 

Orxan