Ramil Quliyevdən ard-arda 2 qələbə

14 turdan ibarət olan “Brilliant Liqa”da 200 metr məsafəyə qaçışda Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev qələbə qazanıb.

 

XALQ.AZ  xəbər verir ki, İsveçin paytaxtı Stokholmda yarışa çıxan atlet 19,92 saniyədə finiş xəttinə çatıb. Kanadalı idmançı Aoron Braun 20,07 ilə ikinci, Cənubi Afrikalı Luksolo Adams isə 20,36 ilə üçüncü olub.

Məlumat üçün bildirək ki, Ramil Quliyev iyunun 7-də Norveçin paytaxtı Osloda da birincilik əldə etmişdi.

Qeyd edək ki, Ramil Quliyev Türkiyə atletika tarixində bir ilki həyata keçirərək, Türkiyənin dünya çempionatlarında qızıl medala çatan ilk milli atleti olub. Belə ki, o, ötən il Londonda keçirilən Dünya Atletika Çempionatında 20.09 saniyəlik dərəcəsiylə birinci olub və qızıl medal qazanıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir