Ramil Usubov Göyçayda qəbul keçirəcək

rramil

 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il aprel ayının 29-da saat 10:00-da Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini Göyçay rayon Polis Şöbəsində qəbul edəcəkdir.  XALQ.AZ- Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.