Ramil Usubovdan yeni əmr

Ramil-1

Daxili işlər naziri Ramil Usubovun əmrilə yeni təyinat olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, nazirin əmrilə Xaçmaz rayon polis şöbəsinə Ədalət Abbasov təyin olunub.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin ANS PRESS-in bölgə müxbirinə məlumatı təsdiqləyib. Onun verdiyi məlumata görə, yeni rəis yaxın günlərdə şəxsi heyyətə təqdim olunacaq.

Qeyd edək ki, Ədalət Tağı oğlu Abbasov 1963-cü ildə Tovuzun Şamlıx kəndində anadan olub. Ədalət Abbasov Ağstafa rayon polis rəisi idi. O, Ağstafa rayonunun polis rəisliyinə Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi vəzifəsindən gəlmişdi.