Ramil Usubovdan yeni təyinat

ramil
Bakının rayonlarından birinin polis rəisi təqaüdə göndərilib.
 Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 Əmrə əsasən, Bakının Qaradağ rayon Polis İdarəsinin rəisi, polis polkovniki İntiqam Mirsalayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
Onun yerinə hələlik təyinat yoxdur.
APA-nın məlumatına görə isə, bu gün Hacıqabul rayon Polis Şöbəsinə yeni rəis təyinatı olub.
Belə ki, daxili işlərə naziri Ramil Usubovun müvafiq əmri ilə Hacıqabul rayon Polis Şöbəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Məmməd Marif oğlu Hüseynov təyin edilib.
Məmməd Hüseynov indiyədək Zərdab rayon Polis Şöbəsinin rəisi olub. Zərdab RPŞ-yə təyinat haqda isə xəbər yoxdur.