Ramiz Həsənov nazir müavini oldu

XALQ.AZ xəbər verir ki,  Ramiz Həsənov Azərbaycan xarici işlər nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Həsənov bununla Elmar Məmmədyarovun altıncı müavini olub. Məmmədyarovun müavinləri vəzifəsini Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov icra edir.

Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olub. 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1983-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərib.

1997-2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunub.

2008-ci ilin noyabr ayında agentlik dövlət komitəsinə çevrildikdən sonra Həsənov burada öz vəzifəsini qoruyub. Komitə 2018-ci aprelin 20-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ləğv edilib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir