Rauf Əliyev “Prezidentin Sərəncamları sosial rifahın yaxşılaşmasına hesablanır”

 

rauf_aliev_deputat_31243412 (1)

“Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının 21 yanvar 2017- ci il tarixli sərəncamı ilə 01 yanvar 2017 –ci il tarixdən əmək pensiyalarının sıgorta hissəsinin artırılması nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq , 01 yanvar 2017 –ci il tarixinə bütün növ əmək pensiyalarının siğorta hissəsinin indeksləşdirilməsini təmin etməlidir. Ötən il respublikamızda istehlak qiymətlərinin 12,4 faizlik indeksi qeydə alınıb. Bu sərəncama əsasən sığortalananlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq”. Bunu açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Onun sözlərinə görə, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə respublika üzrə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait sərf olunacaq: “Ümumilikdə pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq.Vətəndaşların əmək pensiyalarının sıgorta hissəsini təşkil edən məbləglər müxtəlif olduğundan bu artımların da məbləgi müxtəlif olacaq. Fevral ayının ödənişi onların sığorta hissəsinin yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçriləcək.

Dövlət başçısının 21 yanvar 2017- ci il tarixli digər sərəncamı ilə 01 yanvar 2017 –ci il tarixdən minimum aylıq əmək haqqının məbləği 116 manat müəyyən edilib. Qeyd etmək lazımdır ki 2003-cü ildən 2017-ci ilə kimi minimum aylıq əmək haqqının məbləği 11,7 dəfə artırılıb. Bu növbəti artım ölkə üzrə təqribən 146 min nəfərə şamil olunacaq və bu şəxslərin gəlirləri 40,3 milyon manata kimi artacaq.

Dövlət başçısının Əmək pensiyalarının artırılması ilə bağlı sərəncamı Xəzər rayonu üzrə təqribən 16880 nəfər əmək pensiyaçısına şamil olunacaq. Nəzərdə tutulan artımın ödənilməsi üçün ayda 170,0 min manat , il ərzində isə 2 milyon 40 min manat əlavə vəsait sərf olunacaq”.