Rauf Talışinski ilə vida mərasimi keçirilir

Təzə Pir məscidində “Exo” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilir.

 

XALQ.AZ xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Elçin Şıxlı, Arif Əliyev və digər jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edir.

Vida görüşündən sonra Rauf Talışinskinin cənazəsi Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.

 

Elgün