Rekord qiymətə maşın satıldı

Ferrari

Ferrari-375 Plus Böyük Britaniyanın “Bohnams” hərracında bu model üçün rekord qiymətə, 10,7 milyon funt sterlinqə satılıb.

XALQ.AZ-ın məlumatına görə, avtomobili alan şəxsin adı açıqlanmır. Avtomobildən dünyada sadəcə 5 ədəd mövcuddur. Bu günə kimi heç bir “Ferrari” belə baha satılmayıb.

Qeyd edək ki, hərracda ümumi məbləği 22,6 miyon funt sterlinqlik maşınlar satılıb. Satılan eksklyüziv avtomobillər arasında “1902 De Dietrich”, , “Lamborghini Countach LP400 Coupe”, “Volkswagen Golf G60”, “Austin-Healey 3000 MK1”, “Jaguar 1937” modelləri də yer alıb.