Rekordlar kitabına düşən qol (VİDEO)

“Stok Siti” klubunun qapıçısı Asmir Beqoviçin qolu Ginnesin Rekordlar kitabına düşüb.

XALQ.AZ-ın məlumatına görə, qol dünya futbolu tarixində ən uzaq məsafədən vurulmuş qol kimi tarixə düşüb.

Qeyd edək ki, qapıçı qolu 13-cü saniyədə “Sauthempton” klubunun qapısına vurmuşdu.

Qol 91,9 metr məsafədən vurulmuşdu.