«Retro»nun sahibi müştəriləri necə aldadır?

retro

Qubadakı restoranın sahibi çox hörmətli akademik Arif Paşayevin adından sui-istifadə edir

 

Yay aylarında Azərbaycanın dilbər guşələrinə üz tutan vətəndaşlarımız çox olur. Belə gözəl məkanlardan biri də Quba rayonudur. Ötən günlərdə XALQ.AZ-ın əməkdaşları Quba rayonuna səfər edərək, Qəçreş yolu üzərində dincəlmək istəyiblər. Bu səbəbdən də həmin ərazidə yerləşən «Retro» İstirahət Mərkəzinə üz tutublar.

 

Əməkdaşlarımız bildirir ki, İstirahət Mərkəzində nahar etdikdən sonra hesabı istədikdə onlara təqdim olunan məbləğə əvvəlcə inanmayıblar. 4 nəfərlik şəxsin nahar qiyməti 76 manat təşkil edib ki, bu da bu ərazi üçün ən yüksək qiymət deməkdir. Xalq.az-ın işçiləri əvvəlcə yedikləri yeməklərin siyahısını və bunun üçün nəzərdə tutulmuş qaiməni tələb ediblər. Lakin restoranın işçiləri qaimələri olmadığı üçün onlara karton kağızın üzərinə qiymətləri yazaraq təqdim ediblər. Və qeyd ediblər ki, kimsə onlardan narazı gedə bilməz. Hətta bu narazılıq olsa belə, kimsə onlara bir şeyi etmək iqtidarında deyil. Çünki «Retro»nun sahibi çox hörmətli akademik Arif Paşayevdir.

 

Maraqlıdır ki, çox hörmətli akademik, Azərbaycanın görkəmli ziyalısının adından sui-istifadə edən «Retro» rəhbərliyi hətta mili valyutamıza hörmətsizlik də edir. Belə ki, restoranda yeyilən yeməyin pulunu dollarla da ödəmək mümkündür. Hətta əməkdaşlarımız sınaq üçün restoranın işçilərinə dollar təqdim ediblər ki, onlar da bu pulu alıblar.

 

arif Paşayev

Onu da bildirək ki, bu istirahət mərkəzinin sahibi hörmətli akademikimiz Arif Paşayevin adından istifadə edərək işçilərinədə bu barədə məlumat verib araşdırmamız nəticəsində  məlum oldu ki,Vahid adlı şəxs buranın sahibidir. Və işçilərinədə bildirib ki, narazıçılıq edən olsa bildirin ki restoran akademikindir və akademikin oğulluğu buranı işlədir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev bu gün sahibkarlara geniş imkanlar yaradıb və onların sərbəst fəaliyyət göstərməsi üçün lazım olan tədbirlər görülür. Amma «Retro» restoranının n sahibi bununla kifayətlənməyib, çox hörmətli akademik, Azərbaycan və dünyanın məşhur elm xadimi, ziyalımız Arif Paşayevin adından sui-istifadə edirək dövlət büdcəsinə ödəniləcək vergidən yayınır.

Düşünürük ki, Azərbaycanın müvafiq dövlət qurumları bununla bağlı araşdırma aparıb, lazımi tədbirlər görəcəklər.

 

P.S. Retro restoranının sahibinin nəzərinə Ulu Öndərimiz Heydər Əliyev hər zaman öz nitqlərində bildirmişdir ki,”İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Amma təssüflər olsun ki, iqtisadiyyatımızın artımına rəhbəri olduğunuz restoran vergi verməyərək heç bir tohfə vermir.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.