Ronaldodan daha bir rekord

İspaniyanın “Real Madrid” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında daha bir rekorda imza atıb.

XALQ,AZ  xəbər verir ki, Kriştiano 1/4 finalın “Yuventus”la cavab oyununda  da qol vurmaqla rekordunu gerçəkləşdirib.

Son dəqiqədə penaltidən fərqlənən futbolçu turnirdə “Yuventus”un qapısından keçirdiyi qolların sayını 10-a çatdırıb. İndiyədək ÇL-də heç bir futbolçu bir komandanın qapısına 10 qol vura bilməyib.

Xatırladaq ki, “Real” 1:3 hesabı ilə uduzsa da, iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.

 

Elgün