Rövşən Rzayev ciddi tapşırıqlar verdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qəbul keçirib.
XALQ.AZ  xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.
Qəbulda Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər iştirak edib. Məcburi köçkünlərin müraciətləri ayrı-ayrılıqda dinlənilib. Qəbula gələnlər Komitə sədrinə əsasən mənzil, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı müraciət edib.
Bütün müraciətlər Komitə tərəfindən qeydə alınıb. Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.