Rövşən Rzayev görüş keçirdi

Mayın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğal altında olan rayonların Ağsaqqallar Şurası və Veteranlar Birliyinin rəhbərləri ilə görüş keçirilib.

XALQ.AZ  xәbәr verir ki, komitədən Azәrtac-a bildiriblər ki, komitə sədri Rövşən Rzayev Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi, elmi və mədəni həyatında yaxından iştirak etdiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin hər zaman Ağsaqqallar Şurasının və Rayon Veteranlar Birliklərinin cəmiyyətdəki rolunu yüksək qiymətləndirdiyini deyən sədr hazırda bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri qaçqın və məcburi köçkünlərə dövlət qayğısından danışaraq Prezident İlham Əliyevin hər zaman onların problemlərini diqqətdə saxladığını, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması yönündə ardıcıl və məqsədyönlü işlər gördüyünü bildirib.

O, Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün müasir tipli binaların tikildiyini, yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacağını söyləyib.

Torpaqlarımızın işğalından danışan Xocalı veteranlarının nümayəndəsi Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu, dünyanın bu ədalətsizliyə ikili standartla yanaşdığını bildirib.

Komitə sədri Rövşən Rzayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən, kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirlərinin həyata keçirilməsi nəticəsində bir çox ölkə və beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdığını vurğulayıb.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir