Rövşən Rzayev qəbul keçirdi

İyulun 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

XALQ.AZ  xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.

Məcburi köçkünlərin çoxsaylı müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status məsələlələri,  kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Bakı şəhərində müvəqqəti məskunlaşan və mənzil məsələsi ilə bağlı müraciət edən məcburi köçkünlərə bildirilib ki, hazırda ən qəzalı binalarda və ən ağır şəraitdə yaşayanlar  yeni mənzillərə köçürülür. Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır.

Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.