Rövşən Lənkəranskinin qardaşı haqqında məhkəmə -Qərarı

Bir müddət öncə “Lotu Quli”yə sui-qəsd iddiası ilə həbs olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və digərlərinin azadlığa çıxdığını xəbər vermişdik.
XALQ.AZ xəbər verir ki, yenicag.az İstanbul Bakırköy məhkəməsinin Namiq Canıyev barədə çıxardığı qərarı əldə edib. İstintaq zamanı Namiq Canıyev başda olmaqla, digər şübhəlilər – Əli Abdullayev, Camal Həsənov və Hacıbaba Talıbxanlının ölkədən çıxışına qadağa qoyulsa da, məhkəmədə bu qərar ləğv edilib. Şübhəli bilinən şəxslərin qərara etiraz etməsi ilə yenidən araşdırma aparılıb və yekun qərar verilib. Son qərara görə, Canıyev və digərləri bəraət alıblar. Bu prosesin tezləşdirilməsində qardaş ölkədə yaşayan nüfuzlu bir azərbaycanlı iş adamının rolunun olduğu bildirilir.
Əldə edilən məlumata görə, məhkəmə qərarı ilə bəraət alan Lənkəranskinin qardaşı vəzifəyə də qayıda bilər. Hazırda sərəncamda olan Canıyevin sui-qəsd iddiasında heç bir günahı olmadığı artıq rəsmən öz təsdiqini tapıb. Belə olan halda Namiq Canıyevin ya əvvəlki vəzifəsinə qayıdacağı, ya da başqa bir posta göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən sui-qəsd iddiasından sonra Namiq Canıyev 2017-ci ilin noyabr ayında Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsindən azad olunub.
Qeyd edək ki, XALQ.AZ saytı Namiq Caniyevin azad olunması ilə bağlı məlumat dərc olunmuşdu.

Bilidrir ki,   İstanbulda baş verən olayların bəzi təfərrüatları da məlum olub. Məlumata görə, Namiq Canıyev kriminal avtoritetə qarşı sui-qəsddə iştirak etməyib.Səlifovla haqq-hesab çəkmək arzusunda çeçen kriminal avtoritet, oğru dünyasının “Ümumavropa kassası”nın nəzarətçisi Həmzət Qastəmirov (Şeyx Həmzət) olub.

Похожее изображение

Mənbənin sözlərinə görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələlərini yoluna qoymaq üçün gəlib. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları olan Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.

Ümumiyyətlə, azərbaycanlı məmur geyindiyi uniformanın şərəfini ləkələməmək üçün həmişə kriminal aləmdən uzaq durmağa çalışır. Bunun üçün o, hətta qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub.

Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. Həmzət Qastəmirov bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb.

Mənbə onu da bildirib ki, Namiq Canıyev azadlığa çıxandan sonra Azərbaycana qayıdıb.

Qeyd edək ki, türk məhkəməsi Canıyevlə birlikdə Hacı Beyləqanskiyə də bəraət verib.