Röya 50 min tələb etdi

Müğənni Röya Ayxan həmkarı Aygün Bəylərə qarşı məhkəmə iddiası qaldırıb.

Bu barədə   açıqlamasında R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib. O bildirib ki, 1 həftə öncə Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər. Ərizədə A.Bəylərin “ARB” telekanalında Röya Ayxanla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsi tələb edilib.

Hələ ki iddia icraata götürülməyib.

Qeyd edək ki, A. Bəylər ARB-də yayımlanan “Səhər-səhər” verilişində R. Ayxanın sənətinin olmadığını bildirib:

“Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.