Röyanın barmağına üzük taxtılar

4

 

Müğənni Röya Ayxan məclislərin birində fotokameramıza tuş gəlib.

XALQ.AZ-ın  Axşam.az-a istinadən məlumatına görə, səhnədə olarkən sənətçinin barmağına qonaqlardan biri üzük taxıb. Yaşlı xanım müğənnini çox sevdiyini bildirib.

Qeyd edək ki, həmin qadın vaxtilə əməkdar artist Mətanət İsgəndərliyə də üzük hədiyyə edib. Müğənni sözügedən  xanımın şou-biznesin yaxın dostu olduğunu və ifaçılara tez-tez hədiyyələr verdiyini söyləyib.

 

3