Rumıniya və Bolqarıstan Şenqen zonasına daxil ola bilər

 

74

 

Rumıniyanın “Agerpres” xəbər agentliyinin məlumatına əsasən, Avropa Kommisiyasının sədri Xose Manuel Barrozu rumın və moldovan baş nazirləri Viktor Ponta və İurie Leanka ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa Kommisiyası Rumıniya və Bolqarıstanın Şenqen zonasına daxil olmaq istəyini dəstəkləyir.

Sədr vurğulayıb ki, bu məsələ Avropa qurumlarından deyil ayrı-ayrı dövlətlərin mövqeyindən asılıdır. X.M. Barrozu Rumıniya və Bolqarıstanın bütün texniki şərtləri yerinə yetirdiklərini və Avropa Kommisiyasının bu iki dövləti dəstəklədiyini deyib. Avropa Kommisiyasının sədri iki dövlətin tezliklə Şenqen zonasına daxil olmasına ümid etdiyini bildirib.

Rumıniyanın baş naziri Viktor Ponta öz növbəsində Rumıniyanın Şenqen zonasına daxil olmaq üçün bütün tələbləri və şərtləri yerinə yetirəcəyini vurğulayıb.