Rusiya Xəzərdə hərbi təlim keçirdi

Rusiyanın Xəzər hərbi donanması taktiki təlimlər keçirib.

XALQ,AZ xəbər verir ki, bu barədə Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.

Təlimlərdə 1000-dən çox hərbçi, azı 20 gəmi və 4 təyyarə iştirak edib.

Məlumata görə, dəniz poliqonlarında beş gün davam etmiş təlimlər zamanı hərbçilər qarşılarına qoyulan döyüş-təlim tapşırıqları uğurla icra edilib.

 

Elgün