Rusiya XİN Putinə amerikalı diplomatları ölkədən çıxarmağı təklif edib

rusiya_bayragi_001 (1)

Rusiya Xarici İşlər Nazirliyi prezident Vladimir Putinə ABŞ səfirliyinin 31 diplomatını və Sankt-Peterburqdakı baş konsulluğun 4 əməkdaşını ölkədən çıxarmağı təklif edib.

Xalq.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O hesab edir ki, ABŞ tərəfinin hərəkəti cavabsız qalmamalıdır.

Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.

Scroll to top