Rusiyada Azərbaycan bayrağı qaldırıldı

47

 

 

XXII Qış Olimpiya Oyunlarının keçiriləcəyi Rusiyanın Soçi şəhərindəki Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılma mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirə Olimpiya Kəndinin meri, atletikanın şüvüllə tullanma növü üzrə rusiyalı 2 qat olimpiya çempionu Yelena İsinbayeva da qatılıb.

İsinbayeva çıxış edərək, nümayəndə heyətimizi salamlayıb və idmançılarımıza uğurlar arzulayıb. Nümayəndə heyətimizin rəhbəri Könül Nurullayeva ona xatirə hədiyyəsi təqdim edib. Daha sonra üçrəngli bayrağımız qaldırılıb.

Qeyd edək ki, tədbirə Azərbaycan yığmasının bayraqdarı Fuad Quliyev, eləcə də ölkəmizi 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında təmsil edəcək dağ xizəkçiləri Patrik Braxner və Qaya Bassani Antivari ilə fiqurlu konkisürənlərdən ibarət Aleksey Sitnikov – Yuliya Zlobina dueti də qatılıb.