Rusiyada qeyri-adi dava – (VİDEO)

Rusiyada cizfi filmi qəhrəmanları olan Mikki Maus, Luntik və Buz dövrünün dələsi kostyumunu geyinmiş şəxslər yolun ortasında bir nəfəri döyüblər. Bizimyol.info xəbər verir ki, güldürən hadisə 30 avqust tarixində Rusiyanın Çelyabinsk şəhərində baş verib. Görüntülər isə başqa bir avtomobilin kamerası tərəfindən qeydə alınıb. Belə ki, mikroavtobusun qarşısını bir avtomobil kəsib. Avtomobildən enən sürücü ilə mikroavtobusun sürücüsü arasında mübahisə yaranıb. Daha sonra isə mikroavtobusdan cizgi filmi qəhrəmanlarının geyimində olan dörd nəfər enib və avtomobil sürücüsünü döyüblər. Həmin görüntüləri təqdim edirik: