Rusiyalı diplomatın meyiti aşkarlandı

mey

 

Rusiyanın Yunanıstanın paytaxtı Afinadakı konsulu Andrey Malanın vəfat edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, konsul yaşadığı evdə ölü tapılıb.

Diplomat səhər işə gəlməyib, telefon zənglərinə cavab verməyib. Onun meyitini həmkarları və polis axşam aşkarlayıb.

Afina polisinin məlumatına görə, 55 yaşlı diplomat təbii səbəblərdən dünyasını dəyişib.

Scroll to top