Rusiyalı nazir Bakıya gələcək

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin apreldə Bakıya işgüzar səfər edəcək.

Bu barədə XALQ.AZ Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, nazir bildirib ki, iki ölkə arasında ticari-iqtisadi münasibətlər sürətlə inkişaf edir:

“Hazırda ölkələr arasında əlaqələrin inkişafını sürətləndirəcək xüsusi qrup yaratmışıq. Azərbaycanla qarşılıqlı münasibətlər çox önəmlidir. Aprel ayında Bakıya yenidən səfər etməyi planlaşdırıram. Rusiya və Azərbaycanın gündəmində bir çox mühüm layihələr var. Hələlik onlar barəsində danışmayacağıq.

Bakıya səfərimi gözləyək. Həmin səfərdə Azərbaycanın hökumət nümayəndələri ilə rəsmi danışıqlar aparılacaq. Ümid edirəm ki, daha çox birgə layihələrimiz yaranacaq”.

Qeyd edək ki, ötən il yanvarın sonunda M.Oreşkinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub.

Səfər çərçivəsində Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya biznes məsləhətləşmələrinin genişləndirilmiş iclası və Azərbaycanda Rusiyanın İxrac Mərkəzinin nümayəndəliyinin açılışı baş tutub.

Biznes məsləhətləşmələrindən sonra Rusiya və Azərbaycan şirkətləri arasında etimad memorandumları imzalanıb.

RƏSUL

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir